Bu gün futbol üzrə Azərbaycan I Divizionunda XXI tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.
 
"Səbail"lə "Sumqayıt"ın əvəzedici komandalarının duelindən qonaqlar minimal hesabla qalib ayrılıblar. Dörd qolun qeydə alındığı "Şamaxı" ilə "Neftçi"nin əvəzedicilərinin görüşündə isə qalib müəyyənləşməyib.
 
Turun ən maraqlı matçlarından biri Tovuzda baş tutub. "Turan Tovuz" doğma meydanda "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirib. Beş qolun qeydə alındığı bu matçda isə meydan sahibləri qələbə qazanıblar.
 
I Divizion
XXI tur
13 aprel
 
"Səbail-2" – "Sumqayıt-2" 0:1
Qol: Emil Əliyev, 45.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Bakı. "ASCO Arena", 15:00.
 
"Turan Tovuz" – "Kəpəz" 3:2
Qol: Famil Camalov, 28. Akif Tağıyev, 37; 66 - Elçin Əlicanov, 45+2. Bəhruz Teymurov, 72.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev.
Tovuz şəhər stadionu, 15:00.
 
"Şamaxı-2" – "Neftçi-2" 2:2
Qol: Fərid Nadirov, 9. Amil Yunanov, 37 - Samir Qurbanov, 28. Ağadadaş Salyanski, 77.
Hakimlər: Emin Əliyev, Vüsal Məmmədov, Asiman Əzizli, İnqilab Məmmədov.
Bakı. "ASK Arena", 15:00.
 
Turun digər oyunları:
"Zaqatala" – "Qəbələ-2" 5:1
MOİK – "Qaradağ Lökbatan" 0:5
"Zirə-2" – "Qarabağ-2" 0:0
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest