Son günlər həvəskar mini-futbol matçında vurduğu qolla sosial şəbəkələrdə məşhurlaşan Məhəmməd Muradov AFFA-ya dəvət olunub. Matc.az xəbər verir ki, onunla görüş keçirilib.
 
Görüş zamanı AFFA-nın Baş katibi Sərxan Hacıyev və Kütləvi futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən Məhəmmədə Azərbaycan milli komandasının rəsmi oyun forması və müxtəlif hədiyyələr təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest