Futbol üzrə çexiya 2-ci divizionunda 23-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Dukla" ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məlubiyyətlə ayrılıb - 1:3.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqəsində meydana buraxılıb.
 
"Viktoriya" 23 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest