"Liverpul"un hücumçusu Məhəmməd Salah İtaliya və İngiltərə azarkeşlərini müqayisə edib. Matc.az xəbər verir ki, misirli futbolçu bu ölkələrdə fanatların fərqli olduğunu söyləyib.
 
"Mən "Roma"da oynayanda azarkeşlər həm evdə, həm də səfərdə Tottini həmişə alqışlayırdılar. Necə ki, de Rossi, Buffon və Del Pyero ilə olduğu kimi. İngiltərədə bunun baş verdiyini düşünmürəm. Azarkeşlər həmişə rəqibə qarşı çıxırlar. İtaliyada Buffon hara gedirsə getsin, layiq olduğu hörmətə sahibdir" - deyə, Salah bildirib.
 
Qeyd edək ki, Salah 2015-2017-ci illərdə "Roma"da forma geyinib. Hücumçu bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 28 qol vurub və 11 məhsuldar ötürmə edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest