Bu gün Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Gecənin ilk matçında İngiltərənin "Lester Siti" komandası Niderlandda PSV-nin qonağı olub. Lesterdəki qarşılaşmada hesab açılmamışdı. üç qolun qeydə alındığı cavab görüşündə sevinən tərəf İngiltərə təmsilçisi olub.

Niderlandın digər təmsilçisi "Feyenoord" isə çexiyanın paytaxtı Praqada "Slaviya" ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda da qalib müəyyənləşməmişdi. Amma cavab görüşündə niderlandlılar inamlı qələbə qazanmaqla yarımfinala çıxıblar.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Marsel "Olimpik"i Yunanıstanda PAOK-la üz-üzə gəlib. Fransa təmsilçisi ilk görüşdə olduğu kimi, bu dəfə də qələbə qazanıb və mərhələ adlayıb.

Turnirin favoritlərindən İtaliya "Roma"sı Norveçin "Bodo Qlimt" klubunu sınağa çəkib. "Canavarlar" səfərdə rəqibinə uduzmuşdu. İtaliya təmsilçisi cavab matçında 4 cavabsız qolla qalib gələrək yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda "Lester Siti" "Roma"yla, "Feyenoord" isə Marsel "Olimpik"i ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
14 aprel

PSV (Niderland) – "Lester Siti" (İngiltərə) 1:2
Qol: Zahavi, 27 – Meddison, 77. R.Pereyra, 88.
İlk oyun – 0:0

"Slaviya" (Praqa, çexiya) – "Feyenoord" (Niderland) 1:3
Qol: Traore, 14 – Dessers, 2; 59. Sinisterra, 78.
İlk oyun – 3:3

PAOK (Yunanıstan) – "Olimpik" (Marsel, Fransa) 0:1
Qol: Payet, 34.
İlk oyun – 1:2

"Roma" (İtaliya) – "Bodo Qlimt" (Norveç) 4:0
Qol: Abraham, 5. Zaniolo, 23; 29; 49.
İlk oyun – 1:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest