Bu həftə Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək. Matc.az-ın "Qəbələ"nin rəsmi saytına istinadən məlumatına görə, bu komanda mövsümün ikinci yarısında ilk səfər matçına çıxacaq.

"Qırmızı-qaralar" Premyer Liqanın debütantı "Sabah"la üz-üzə gələcək. Bu, rəqiblərin 5-ci oyunu olacaq. Əvvəlki 4 görüşün hamısı cari mövsümə təsadüf edib. Komandalar iki dəfə Premyer Liqa, iki dəfə Azərbaycan kubokunun 1/4 finalında üz-üzə gəliblər.

İlk matç debütantın minimalhesablı qələbəsi ilə başa çatsa da, sonrakı 3 görüşdə Sənan Qurbanovun yetirmələri qalib gəlib. 4 görüşdə hələlik heç-heçə qeydə alınmayıb. Məhsuldarlığın aşağı olduğu oyunlarda "Qəbələ" 4 qol vurub, 2-ni buraxıb. "Sabah"la qarşılaşmaların bombardiri Ceyms Adeniyidi. O, rəqib qapısına 2 dəfə yol tapıb.

"Sabah"ın meydanındakı qarşılaşmalarda isə eyni hesab qeydə alınır. Hər iki görüşün taleyini 1 top həll edib. çempionatda meydan sahibləri, kubokda "Qəbələ" qalib gəlib.

 

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. "Sabah" – "Qəbələ" – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. "Qəbələ" – "Sabah" – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. "Qəbələ" – "Sabah" – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. "Sabah" – "Qəbələ" – 0:1

Ceyms Adeniyi, 80

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest