Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Fransisko Montero avtomobil qəzası keçirib. Matc.az xəbər verir ki, 23 yaşlı müdafiəçi zəncirvari qəzanın iştirakçısı olub.
 
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb. Futbolçunun da durumunun yaxşı olduğu bildirilir. İspaniyalı oyunçu tədbir məqsədi ilə xəstəxanaya aparılsa da, oradan bazaya gedib və komanda ilə məşqdə iştirak edib.
 
Fransisko Montero 2021-ci ildən "Beşiktaş"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest