"Yuventus" klubu qapıçısı Mattia Perinlə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, futbolçunun Turin klubu ilə müqaviləsinin müddəti 2025-ci ilə qədər uzadılıb. Onunla yeni müqavilənin bu gün rəsmən açıqlanacagı gözlənilir.
 
29 yaşlı qolkiper 2018-ci ildən "Yuventus"da çıxış edir. O, bu mövsüm bütün yarışlarda 8 oyun keçirib, 8 qol buraxıb və üç dəfə qapısını toxunulmaz saxlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest