Çeferin alternativsiz seçkidə yenidən qurumun prezidenti olub. O, 2023-cü ilədək UEFA-ya rəhbərlik edəcək. Sloveniyalı funksioner avtomatik FİFA-nın vitse-prezidenti də olacaq.

İtaliyanın paytaxtı Romada keçirilən UEFA-nın 43-cü Konqresi başa çatıb. Matc.az xəbər verir ki, tədbirdə qurumun prezidenti postuna seçkilər baş tutub.

UEFA-nın indiki prezidenti Aleksandar çeferin seçkilərdə yeganə namizəd olub. çünki quruma üzv olan 55 milli assosiasiyanın hamısı onun namizədliyini irəli sürüb.

çeferin alternativsiz seçkidə yenidən qurumun prezidenti olub. O, 2023-cü ilədək UEFA-ya rəhbərlik edəcək. Sloveniyalı funksioner avtomatik FİFA-nın vitse-prezidenti də olacaq.

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev Konqresdə iştirak edib.

Qeyd edək ki, 2016-cı il sentyabrın 14-də bu vəzifəyə seçilən sloveniyalı 42 səs toplamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest