Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqa və Birinci Divizionda son oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqa və Birinci Divizionda son oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
Premyer Liqanın 22-ci turunun "Sabah" - "Zirə" oyununda "Sabah"ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Hakimlər otağı internet ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilib.
 
Birinci Divizionun 21-ci turunun "Zirə-2" – "Qarabağ-2" oyununda "Qarabağ"ın futbolçusu Hüseyn Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
Birinci Divizionun 21-ci turununu MOİK – "Qaradağ Lökbatan" oyununda MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub. MOİK-in futbolçusu Nurlan Məmmədov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
 
Birinci Divizionda 21-ci turun "Zaqatala" – "Qəbələ-2" oyununda "Zaqatala"nın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 160 manat cərimə olunub. "Zaqatala"nın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 400 manat cərimə olunub. "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
Birinci Divizionun 21-ci turunun "Şamaxı-2" – "Neftçi-2" oyununda "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
Birinci Divizionun 21-ci turunun "Turan Tovuz" – "Kəpəz" oyununda "Turan Tovuz"un 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Kəpəz"in azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimə olunub.
 
Birinci Divizionun 21-ci turunun "Səbail-2" – "Sumqayıt-2" oyununda "Səbail"in futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyundan öncə "Sumqayıt"ın nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest