Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən "Keşlə" ilə matçda zədələnərək əvəzlənən "Sumqayıt"ın hücumçusu Xəzər Mahmudov əməliyyat olunub.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən "Keşlə" ilə matçda zədələnərək əvəzlənən "Sumqayıt"ın hücumçusu Xəzər Mahmudov əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
 
Hücumçu Türkiyənin İstanbul şəhərində uğurlu əməliyyat keçirib. Klub çarpaz bağlarından əməliyyat olunan gənc futbolçuya tez bir zamanda sağalaraq, sıraya dönməyi arzu edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest