"Fənərbaxça" 2021/22 mövsümünün əvvəlində "Los-Anceles Qalaksi"dən icarəyə götürdüyü Dieqo Rossini birdəfəlik transfer edib. Matc.az xəbər verir ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb.
 
"Bülbüllər" 24 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb. "Fənərbaxça" bu transfer üçün ABŞ təmsilçisinə 5,5 milyon avro ödəyib.
 
Rossi bu mövsüm "Fənərbaxça"da 25 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest