Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, AFFA-nın bayrağı altında təşkil olunan yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Futzal üzrə Azərbaycan Kubokunun "Baku Fire" – "Neftçi" İK oyununda "Neftçi"nin futzalçısı Hüseyn Mənəfli sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Baku Fire" komandasının futzalçısı Nihad İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına və hakimləri təhqir etməsinə görə 5 oyun cəzalanıb. "Baku Fire" komandasının digər futzalçısı Elşən İbrahimxəlilov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına və hakimləri təhqir etməsinə görə 5 oyun cəzalanıb. "Baku Fire" komandasının daha bir futzalçısı - Kamran Hacıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına və hakimləri təhqirlərə davam etməsinə görə 5 oyun cəzalanıb. "Baku Fire" komandasının futzalçısı İbrahim Zeynalov birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına və hakimləri təhqir etməsinə görə 5 oyun cəzalanıb. "Baku Fire" komandasının futzalçısı Renat Sultanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Baku Fire" – EKOL oyununda EKOL-un futzalçısı Tofiq Mikayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Baku Fire" komandasının futzalçısı Elşən İbrahimxəlilov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Record" - "Neftçi" İK oyununda "Record"un futzalçısı Natiq Kərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Yasamal" İSK – ADBTİA oyununda matç bitdikdən sonra "Yasamal"ın futzalçısı Mehman Süleymanlı hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Ulduz" – "Standard" oyununda "Ulduz" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Birinci Liqanın "Şuşa" – "Alyans Qrup" oyununda matçın 27-ci dəqiqəsində "Alyans Qrup"un futzalçısı Mirkamil Əliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Xan Lənkaran" – "Borçalı" oyununda "Borçalı"nın futzalçısı Orxan Gülməmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Advokat" – "Star Karqo 2" oyununda "Star Karqo 2" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib.
 
Futzal üzrə İkinci Liqanın İSMA "Baku" – "Atletiko Baku" oyununda İSMA "Baku"nun futzalçısı Cəmil Rəmixanov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Neftçi" İK İB – "Keşlə" oyununda "Keşlə"nin futbolçusu Tofiq Bayramov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Qəbələ" – "Sabah" oyununda "Qəbələ"nin futbolçusu Xəyal Səmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Səbail" – "Sabah" matçı bitdikdən "Sabah"ın futbolçusu Həmzalı Mikayılov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Neftçi" İK İB – "Keşlə" oyununda "Keşlə"nin futbolçusu Nicat Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Neftçi"nin futbolçusu Cəmil Əliyev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "İnternational" FA – UGİM "Siyəzən" oyununda "İnternational" komandasının futbolçusu Emil Fətullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-14 Liqasının "İnternational" FA – "Baku Sporting" oyununda "İnternational" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-12 Liqasının ROFM 2 – "Metak" oyununda  ROFM 2 komandasının məşqçisi Ramiz Eyvazov texniki zona qaydalarını pozduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-12 Liqasının "Metak" – "Sahil" FA oyununda "Sahil" FA komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-11 Liqasının "Sumqayıt" – "Baku Sporting" FK oyununda "Baku Sporting" FK komandasının rəsmisi Namiq Məmmədov qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Matçın 49-cu dəqiqəsində "Sumqayıt"ın baş məşqçisi Orxan Abdullayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest