Futbol üzrə Xorvatiya çempionatında 31-ci turun oyunları keçirilib.

Futbol üzrə Xorvatiya çempionatında 31-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "İstra" ilə qarşılaşıb. Futbolçumuzun komandası oyundan 3:0 hesablı qələbəsi ilə ayrılıb.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
 
"Dinamo"nun üçüncü qolunu da məhz Emreli vurub. O, 50-ci dəqiqədə rəqib qapısına yol tapmaqla matçda yekun nəticəni müəyyənləşdirib.
 
Bu, azərbaycanlı futbolçunun Xorvatiya klubunda ikinci qoludur.
 
Bu nəticədən sonra xalını 66-ya çatdıran "Dinamo" vahid liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest