Futbol üzrə Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilib.

Futbol üzrə Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "İstanbulspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da məhz Ələskərov vurub. O, 7-ci dəqiqədə fərqlənməklə matçda hesabı açıb. Amma qalan dəqiqələrdə 3 qol buraxan komandası meydanı xalsız tərk edib.
 
"Bursaspor" 32 turdan sonra 31 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest