"Şamaxı" baş məşqçi Sənan Qurbanovun istefasını qəbul edib. Matc.az xəbər verir ki, klub rəhbərliyinin qərarı ilə baş məşqçi vəzifəsinin icrası Rüstəm Əliyevə tapşırılıb.
 
Komandanın sabiq futbolçusu Rail Məlikov isə "Şamaxı"nın ikinci komandasının baş məşqçisi olub.
 
Xatırladaq ki, Sənan Qurbanov ötən gün Premyer Liqanın 23-cü turu çərçivəsində baş tutan "Qarabağ"la səfər matçındakı 0:8 hesablı məğlubiyyətin ardından istefa verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest