"Bayern"nin baş məşqçisi Yulian Naqelsmann çempionlar Liqasının 1/4 finalında "Vilyarreal"a iki oyununun nəticəsinə (0:1, 1:1) görə uduzaraq mübarizəni dayandırdıqdan sonra 450 ölüm təhdidi alıb. Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis sosial media hesabında ölüm təhdidləri aldığını yazıb:
 
"Tənqidlərlə bağlı problemim yoxdur, lakin təkcə "instaqram" hesabımda 450 ölüm təhdidi yazıblar. Bunu qələbə qazansaq da, uduzsaq da, demək olar ki, hər oyundan sonra yaşayıram və oxumadan silirəm. çoxları məni öldürmək istəyir, lakin bu məsələlərə aiddiyatı olmayan anamı da öldürmək istəyirlər. Niyə belə olduğunu başa düşmürəm. Baş verənlərə baxmayaraq, Münhen təmsilçisində baş məşqçi vəzifəmi davam etdirəcəyəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest