"Barselona"nın "Ayaks"dan transfer etdiyi Frenki de Yonq Kataloniya klubunu seçməsinin səbəblərini açıqlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hollandiyalı yarımmüdafiəçi karyerasını puldan üstün tutduğu üçün bu addımı atdığını bildirib.

21 yaşlı orta sahə oyunçusu PSJ-dən də təklif aldığını etiraf edib: "PSJ də bir variant idi, amma "Barselona"da oynamaq mənim xəyalım olub. Növbəti 5 il üçün bu klubla müqavilə bağladığım üçün şadam. Karyeram uğurlu alınsa, Messi kimi mən də heç vaxt "Barselona"nı tərk etmərəm".

Qeyd edək ki, Frenki de Yonq mövsümün sonunda "Barselona" ilə 5 illik müqavilə imzalayacaq. Bu keçid ispanlara 75 milyon avroya başa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest