Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
"Hatayspor" - "Sivasspor" və "Altay" - "Başakşəhər" matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
 
Dörd qolun qeydə alındığı "Alanyaspor" - "Antalyaspor" matçı qonaqların qələbəsiylə yekunlaşıb.
 
"Fənərbaxça" bu turda "Göztəpə"ylə qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib.
 
Türkiyə Super Liqası
33-cü tur
 
15 aprel
 
Trabzonspor – Fatih Karagümrük 1:1
Qol: V.Huqo, 58 – Bilya, 45+4.
 
Kayserispor – Rizəspor 1:1
Qol: E.Başsan, 77 – Pohjanpalo, 67.
 
16 aprel
 
Hatayspor – Sivasspor 1:1
Qol: Benziya, 61 – Z.Erdal, 28-pen.
 
Alanyaspor – Antalyaspor 1:3
Qol: Dyedyu, 78 – Rayt, 17. G.Bayrakdar, 40; 58.
 
Altay – Başakşəhər 1:1
Qol: C.Gülselam, 89 – Trezeqe, 40.
 
Fənərbaxça – Göztəpə 2:0
Qol: S.Aziz, 4. A.Gülər, 83-pen.
 
17 aprel
 
14:30. Konyaspor – Qaziantep
17:00. Kasımpaşa – Adana Demirspor
21:30. Girəsunspor – Beşiktaş
 
18 aprel
 
21:30. Qalatasaray – Yeni Malatyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest