Futbol üzrə Almaniya Bundesliqasında 30-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
 
"Maynts" – "Ştutqart" matçında qapılara qol vurulmayıb. "Auqsburq" evdə "Herta"ya, Mönxenqladbax "Borussiya"sı isə "Köln"ə məğlub olub.
 
Dortmund "Borussiya"sı bu turda "Volfsburq"u qonaq edib. Meydan sahibləri bu görüşdə darmadağına imza atıblar. "Frayburq" da "Bohum"la ev oyunundan 3 cavabsız qolla qalib ayrılıb.
 
Almaniya Bundesliqası
30-cu tur
 
16 aprel
 
Auqsburq – Herta 0:1
Qol: S.Sərdar, 49.
 
Borussiya (Dortmund) – Volfsburq 6:1
Qol: Rote, 24. Vitsel, 26. Akanji, 28. Ə.Can, 35. Haland, 38; 54 – Baku, 81.
 
Maynts – Ştutqart 0:0
 
Frayburq – Bohum 3:0
Qol: Kubler, 5. Sallai, 16; 53.
 
Borussiya (Mönxenqladbax) – Köln 1:3
Qol: Embolo, 85 – Modeste, 5. Kaynts, 20. Lyubiçiç, 34.
 
17 aprel
 
17:30. Arminiya – Bayern
19:30. Union Berlin – Ayntraxt
19:30. Hoffenhaym – Qroyter
21:30. Bayer – Leypsiq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest