"Fiorentina"nın hücumçusu Federiko Kyeza nəhənglərin maraq dairəsinə düşüb. Matc.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, forvard yay transfer müddətində komandasını dəyişəcək.

Satış qiyməti 60 milyon avro ərəfəsində dəyərləndirilən kiçik Kyezanın xidmətində "Bavariya", "Real", "Mançester Siti", "Mançester Yunayted", "İnter" və "Yuventus" maraqlıdır.

21 yaşlı futbolçu İtaliya millisinin keçmiş hücumçusu Enriko Kyezanın oğludur və "Fiorentina"nın yetirməsidir. Onun klubu ilə müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Federiko bu mövsüm A seriyasında 22 oyunda meydana çıxıb və 5 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest