Futbol üzrə Portuqaliya çempionatında 30-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Moreyrense" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.
 
Hazırda 25 xalı olan "Tondela" 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest