Futbol üzrə çexiya 2-ci divizionunda 24-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Trineç"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqəsində meydana buraxılıb.
 
"Viktoriya" 24 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest