Futbol üzrə Almaniya Bundesliqasında 30-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
 
"Hoffenhaym" – "Qroyter" matçında qapılara qol vurulmayıb. üç qolun qeydə alındığı "Union Berlin" – "Ayntraxt" matçında meydan sahibləri qələbə qazanıblar. "Bayer" isə evdə "Leypsiq"ə minimal hesabla uduzub.
 
çempionlar Liqasında "Vilyarreal"a uduzmaqla mübarizəni dayandıran "Bayern" bu tur səfərdə "Arminiya" ilə qarşılaşıb. Münhen təmsilçisi bu oyunda darmadağına sevinib.
 
Almaniya Bundesliqası
30-cu tur
 
16 aprel
 
Auqsburq – Herta 0:1
Qol: S.Sərdar, 49.
 
Borussiya (Dortmund) – Volfsburq 6:1
Qol: Rote, 24. Vitsel, 26. Akanji, 28. Ə.Can, 35. Haland, 38; 54 – Baku, 81.
 
Maynts – Ştutqart 0:0
 
Frayburq – Bohum 3:0
Qol: Kubler, 5. Sallai, 16; 53.
 
Borussiya (Mönxenqladbax) – Köln 1:3
Qol: Embolo, 85 – Modeste, 5. Kaynts, 20. Lyubiçiç, 34.
 
17 aprel
 
Arminiya – Bayern 0:3
Qol: Laursen, 10-öz qapısına. Qnabri, 45+7. Musiala, 85.
 
Union Berlin – Ayntraxt 2:1
Qol: Avoniyi, 17. Promel, 21.
 
Hoffenhaym – Qroyter 0:0
 
Bayer – Leypsiq 0:1
Qol: Soboslai, 69.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest