Futbol üzrə İspaniya La Liqasında 32-ci tura start verilib. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Səfərdə "Qranada" ilə qarşılaşan "Levante" darmadağına sevinib. "Atletik" də evdə "Selta"ya məğlub olub. 
 
"Atletiko" doğma meydanda "Espanyol"la qarşılaşıb. Madrid təmsilçisi bu oyundan qələbə ilə ayrılıb.
 
Turun mərkəzi oyununda lider "Real" səfərdə "Sevilya" ilə qarşılaşıb. Meydan sahibləri matçın ilk hissəsində 2 qol vursa da, Madrid təmsilçisi fasilədən sonra buraxılan qolların əvəzini artıqlaması ilə çıxıb və səfərdə əzmkar qələbəyə sevinib.
 
İspaniya La Liqası
32-ci tur
 
15 aprel
 
Real Sosyedad – Betis 0:0
 
16 aprel
 
Elçe – Mayorka 3:0
Qol: Moxika, 42. Biqas, 58. Kanq, 81-öz qapısına.
 
Alaves – Rayo Valyekano 1:0
Qol: Xoselu, 64.
 
Valensiya – Osasuna 1:2
Qol: Soler, 83 – Avila, 50-pen. Budimir, 74.
 
Xetafe – Vilyarreal 1:2
Qol: E.ünal, 63 – Moreno, 7. Triqeros, 16.
 
17 aprel
 
Qranada – Levante 1:4
Qol: Kollado, 90+2 – D.Qomes, 17. Morales, 56-pen. Malsa, 77. Soldado, 90+5.
 
Atletiko – Espanyol 2:1
Qol: Karrasko, 52; 90+10-pen – De Tomas, 74.
 
Atletik – Selta 0:2
Qol: Aspas, 11. Beltran, 37.
 
Sevilya – Real 2:3
Qol: Rakitiç, 21. Lamela, 25 – Rodriqo, 50. N.Fernandes, 83. Benzema, 90+2.
 
18 aprel
 
23:00. Barselona – Kadis

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest