"Real"ın futbolçusu Kərim Benzema üçün La Liqanın 32-ci turunun "Sevilya" ilə oyunu (2:3) əlamətdar olub. Matc.az xəbər verir ki, 34 yaşlı fransalı hücumçu matçın 90+2-ci dəqiqəsində fərqlənib.
 
Bununla da, futbolçu "Real"ın heyətində La Liqada 217-ci qolunu vurub. Benzema bu nəticə ilə Alfredo di Stefanonu geridə qoyaraq, klubun oyunçuları arasında La Liqada ən çox qol vuran 3-cü futbolçu olub. 
 
Bu göstərici üzrə rekord Kristiano Ronaldoya məxsusdur – 311 qol. İkinci yerdə isə Rauldur (228 qol).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest