Rusiya silahlıları Ukraynanın Kreminna şəhərindəki olimpiya idman kompleksini atəşə tutub. Matc.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday məlumat verib.
 
Atəş nəticəsində ərazidə yanğın başlayıb. Yanğının ümumi sahəsi 2400 kvadratmetr olub. Xilasedicilər yanğının qarşısını almağa çalışırlar.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest