Peter Boş gələn mövsümdə də Lion "Olimpik"inin baş məşqçisi vəzifəsində çalışacaq. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu məlumatı klub prezidenti Jan-Mişel Olas da təsdiqləyib.
 
58 yaşlı mütəxəssis ötən ildən Fransa təmsilçisini çalışdırır.
 
Lion klubu Liqa 1-də 49 xalla səkkizinci yerdədir və növbəti mövsümdə avrokuboklara vəsiqə qazanmaq şansı hələ də var. Həmçinin, Boşun rəhbərlik etdiyi komanda Konfrans Liqasının 1/4 finalına yüksəlib və burada İngiltərə "Vest Hem"inə ümumi hesabda uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest