I Divizionda XXII tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
"Turan Tovuz" səfərdə "Neftçi"nin əvəzedicilərinə böyük hesabla uduzub. "Qəbələ" ilə "Sabah"ın əvəzedici komandalarının görüşü heç-heçə bitib. "Sumqayıt"ın əvəzediciləri isə "Zirə"nin ikinci komandası üzərində qələbəyə sevinib.
 
I Divizion
XXII tur
18 aprel
 
Neftçi-2 – Turan Tovuz 3:0
Qol: Xəqani Sadıxov, 19. Seymur Əliyev, 55. Mirabdulla Abbasov, 90+4.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Taleh Məmmədov, Rövşən Rəcəbov
"Neftçi"nin məşq bazası (4-cü meydança), 16:00
 
Qəbələ-2 – Sabah-2 1:1
Qol: Hüseyn Mürsəlov, 45+3 – Kamran Quliyev, 88-pen.
Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Asiman Əzizli, Elvin Bayramov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00
 
Sumqayıt-2 – Zirə-2 2:1
Qol: İbrahim Əliyev, 29. Nəbi Məmmədov, 63 – Məhəmməd Səfərov, 8.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Elmin Süleymanov, Emin Əliyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 16:00
 
19 aprel
 
Qarabağ-2 – MOİK
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Ruslan Quliyev, Cavid Cəlilov
Binə qəsəbə stadionu, 16:00
 
Qaradağ Lökbatan – Zaqatala
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Səbuhi Bayramov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00
 
Kəpəz – Səbail-2
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elman Kərimov, Namiq Bəkirov
Gəncə şəhər stadionu, 16:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest