İngiltərənin "Liverpul" klubu hücumçusu Sadio Mane ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızılar" Maneyə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edir. Seneqallı hücumçunun hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
 
Mane 2016-cı ildə "Sauthempton"dan 41,2 milyon avroya "Liverpul"a keçib. O, bu mövsüm 41 oyun keçirib və 18 qol vurub, 2 məhsuldar ötürmə edib. Futbolçunun transfer qiyməti 80 milyon avro göstərilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest