"Barselona" klubunun azarkeşləri La Liqanın 32-ci turunda "Kadis"lə bu gün keçiriləcək oyunu boykot etmək qərarına gəlib. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna Avropa Liqasının 1/4 final mərhələsində "Ayntraxt"la "Nou Kamp"dakı cavab matçında (2:3) qonaq komandanın azarkeşlərinin çoxluq təşkil eləməsi səbəb olub.
 
Kataloniya klubunun fanatları turistlərə və qonaq komandaların azarkeşlərinə stadiona giriş imkanı verən sistemi pisləyiblər. Onlar klubun rəhbərliyi əleyhinə aksiya keçirməyi planlaşdırırlar.
 
"Barselona" – "Kadis" matçı bu gün saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest