Futbol üzrə Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kristiano Ronaldonun oğlu dünyasını dəyişib

Futbol üzrə Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kristiano Ronaldonun oğlu dünyasını dəyişib. Matc.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu sosial şəbəkə hesablarında paylaşım edib.
 
Təcrübəli forvard yeni doğulan əkiz övladlarından birinin vəfat etdiyini bildirib. Körpənin ölüm səbəbi dəqiq bilinmir. Ronaldo əkizlərdən sağ qalan qız övladın onlara güc və təsəlli verdiyini bildirib.
 
"Oğlumuzu təəssüf ki, itirdik. çox məyusuq. Bir ana və atanın yaşaya biləcəyi ən böyük üzüntüdür. Qızımızın dünyaya gəlməsi bizə az da olsa, yaşama gücü verir".
 
Xatırladaq ki, ilk dəfə 2010-cu ildə ata olan Ronaldonun bu günə qədər dörd uşağı var idi. Ronaldo 2021-ci ilin 28 oktyabrında sosial şəbəkə hesablarında hazırkı sevgilisi Corcina Rodriqesdən əkiz uşaqlarının olacağını açıqlamışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest