Futbol üzrə Belçika Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, finalda "Anderlext"i məğlub edən "Gent" 12 ildən sonra titula sahib çıxıb.
 
Brüsseldə baş tutan həlledici qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Gent şəhərinin eyniadlı təmsilçisi kuboku qazanıb.
 
Qeyd edək ki, "Gent" bundan əvvəl 3 dəfə ölkə kubokunda qalib gəlib. 1963/64 və 1983/84 mövsümlərində qalib olan bu komanda sonuncu dəfə 2009/10 mövsümündə titulu əldə edib.
 
Yeri gəlmişkən, Niderlandda da kubokun qalibi bəlli olub. Həlledici oyunda PSV və "Ayaks" klubları qarşılaşıb. Görüş Eyndhoven təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da PSV tarixində 10-cu dəfə kubokun sahibi olub. "Ayaks" isə bu titulu 20 dəfə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest