İngiltərənin "Derbi Kaunti" klubu gələn mövsüm çempionşipdə mübarizə aparmaq hüququnu itirib. Matc.az xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runinin baş məşqçi olduğu bu komanda mövsümün sonuna 4 tur qalmış 3-cü Liqaya düşüb.
 
Buna komandanın çempionşipin 43-cü turunda KPR ilə səfər oyununda 0:1 hesabı ilə uduzması səbəb olub. Bu nəticədən sonra 31 xalla 24 komanda arasında 23-cü olan Derbi şəhərinin təmsilçisi çempionşipdə qalmaq şanslarını itirib.
 
Maliyyə problemləri səbəbindən borclarını ödəyə bilməyən "Derbi Kaunti"nin bu mövsüm 21 xalı silinib. Transfer qadağası ilə də üzləşən və liqada qalmaq şanslarını son ana qədər davam etdirən Ueyn Runi və komandasının böyük səyi yetərli olmayıb. Runi 2020-ci ilin noyabrından komandaya başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest