Dünən Klublar Komitəsində legioner limiti və əvəzetmə sayının artırılması ilə bağlı məsələlər müzakirə edilib

Dünən Klublar Komitəsində legioner limiti və əvəzetmə sayının artırılması ilə bağlı məsələlər müzakirə edilib. Matc.az xəbər verir ki, fikirlər üst-üstə düşmədiyindən yekun qərar AFFA İcraiyyə Komitəsində veriləcək.
 
Msport.az-a açıqlama verən "Şamaxı"nın baş meneceri Eldəniz Yusifov dəyişikliyin əlehinə olmadıqlarını, ancaq birdən-birə radikal islahatlara gedilməsinin doğru hesab etmədiklərini  bildirdi:
 
"Yeni mövsümdən Azərbaycan Premyer Liqasında komandaların sayının artması gözlənilir. Bu, reallaşarsa, limitə yenidən baxıla bilər. Premyer Liqada gələn mövsüm 10 klubun çıxış edəcəyi deyilib. Ona görə də legioner limitinin artırılması zərurəti yaranır.  "Şamaxı" klubu indiki limit sisteminin ifrat dərəcədə dəyişikliyinə qarşıdır. İcraiyyə Komitəsi klubların, milli komandaların və ümumilikdə, futbolun maraqlarını nəzərə alan bir qərar qəbul edəcəksə, təbii ki, onu dəstəkləyəcəyik. Limitin dəyişməsinə razı olsaq da, indiki ilə müqayisədə birdən-birə böyük islahata qarşıyıq. Dünən Klublar Komitəsinin toplantısında müxtəlif fikirlər səsləndi. Limitin tamamilə ləğv edilməsi, ya da tam yumuşadılması kimi. Amma bununla razılaşa bilmərik. Belə hesab edirik ki, radikal dəyişikliyə ehtiyac yoxdur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest