"Mançester Yunayted" şənbə günü Erik ten Haqın təyinatını elan edə bilər. Matc.az "The Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi bu şənbə Erik ten Haqın baş məşqçi təyin olunduğunu elan edəcək.
 
İddialara görə, artıq bu qərarla bağlı futbolçular məlumatlandırılıb və klubun özündə yenilənmə işlərinə başlanılıb. Belə ki, klubda 16 il çalışmış skaut şöbəsinin rəhbəri Cim Lovlor və qlobal skaut axtarışının rəhbəri Marsel Bat tutduqları vəzifələrdən azad ediliblər.
 
"Mançester Yunayted" bir neçə həftədir Niderland klubu "Ayaks"ın baş məşqçisi Erik ten Haqla görüşmələrə başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest