"Mançester Siti" İngiltərə Premyer Liqasının 30-cu turunun təxirə salınmış matçında doğma meydanda "Brayton"a 3:0 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, bununla da, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola bütün yarışlarda 344 oyunda 250-ci qələbəsini qazanıb. Bu isə Premyer Liqada ən çox qazanılan qələbə deməkdir.
 
Əvvəlki rekord 396 matçda 250 qələbə qazanan "çelsi", "Mançester Yunayted" və "Tottenhem"in keçmiş baş məşqçisi Joze Mourinyoya məxsusdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest