İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisinin adını açıqlayıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" mövsümün sonunda niderlandlı Erik ten Haqla çalışmağa başlayacaqlar.
 
Hazırda ölkəsində "Ayaks"ın sükanı arxasında olan 52 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. Onun sözləşməsi daha bir il artırıla bilər.
 
Hazırda "Mançester Yunayted"ə almaniyalı Ralf Ranqnik başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest