"Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldo yeni doğulan oğlunun ölümü ilə bağlı ona dəstək olan "Liverpul" azarkeşlərinə təşəkkür edib. Matc.az xəbər verir ki, Ronaldo sosial mediada azarkeşlərin videosunu paylaşaraq yazıb:
 
"Bir dünya… Bir idman… Bir böyük ailə… Təşəkkür edirəm, "Enfild". Mən və ailəm bu hörmət və mərhəmətinizi heç vaxt unutmayacağıq".
 
"Mançester Yunayted"lə matçın 7-ci dəqiqəsində "Enfild"də Mersisayd təmsilçisinin azarkeşləri, eyni zamanda, "Liverpul"un baş məşqçisi Yurgen Klopp portuqaliyalı futbolçunu alqışlarla dəstəkləyib. Amma Kristianonun özü oğlunun ölümü ilə əlaqədar bu matçda iştirak etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest