Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının yeni baş məşqçisinin adı açıqlanıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Matc.az Zaqreb klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda Ante çaçiçə tapşırılıb.
 
69 yaşlı mütəxəssis mövsümün sonunadək "Dinamo"ya rəhbərlik edəcək. çaçiç bu postda Jelko Kopiçi əvəzləyib.
 
Kopiç 2021-ci ilin dekabrından komandanın baş məşqçisi idi. O, ötən gün 9-cu turdan təxirə salınmış oyunda "Hayduk"a uduzandan (0:1) sonra istefa verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest