AFFA-nın baş katibi Sərxan Hacıyev azarkeşlik etdiyi komandanın adını açıqlayıb. Matc.az xəbər verir ki, funksioner jurnalistlərə açıqlamasında İtaliya millisinin fanatı olduğunu bildirib.
 
O, 2000-ci ildə İtaliya - Niderland matçından sonra bu kollektivə azarkeşlik etdiyini söyləyib: "Ən sevdiyim futbolçu Alessandro Del Pyero olub. Məndə 6-7 forması var. Sırf ona görə "Yuventus"a azarkeşlik etmişəm. Amma son illər hiss edirəm ki, artıq əvvəlki həvəs qalmayıb. Bu, ya futbolun içində olmağım, ya da yaşla bağlıdır. Ona görə deyə bilmərəm ki, İtaliya yığmasının bütün oyunlarına baxıram. Yüksək reytinqli matçları izləməyə üstünlük verirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest