Xorvatiyanın "Dinamo" klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli istefaya göndərilən Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiçlə vidalaşıb. Matc.az xəbər verir ki, 25 yaşlı forvard xorvat mütəxəssislə şəklini paylaşaraq, ona təşəkkürünü bildirib:
 
"Hər şey üçün təşəkkürlər".
 
Xatırladaq ki, "Dinamo"nun baş məqşçisi postunda Kopiçi Ante çaçiç əvəz edib. O, mövsümün sonuna kimi komandaya müvəqqəti rəhbərlik edəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest