Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
 
"Sumqayıt-2" - "Zirə-2" oyununda "Zirə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Qaradağ Lökbatan" – "Zaqatala" oyununda "Qaradağ Lökbatan"ın futbolçusu Sərxan Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə buna görə 20 manat cərimə olunub.
 
"Kəpəz" – "Səbail-2" oyununda "Kəpəz"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest