İngiltərənin "Mançester Yunayted" komandasının yarımmüdafiəçisi Pol Poqba mövsümü erkən başa vurub. Matc.az xəbər verir ki, bu barədə "qırmızı-şeytanlar"ın müvəqqəti baş məşqçisi Ralf Ranqnik açıqlama verib.
 
O, 29 yaşlı futbolçunun cari mövsüm meydana çıxa bilməyəcəyini söyləyib.
 
Xatırladaq ki, Pol Poqba "Liverpul"a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın 30-cu turundan təxirə salınmış matçda zədələnib. Fransalı oyunçu cari mövsüm 27 görüşə çıxıb, 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest