Futbol üzrə Fransa milli komandasının hücumçusu Antuan Qrizmann bu il Qətərdə keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb. Matc.az xəbər verir ki, icarə əsasında Madrid "Atletiko"sunda çıxış edən 31 yaşlı hücumçu İspaniya və Fransanı da mundialın qalibi olmağa namizədlər sırasında gördüyünü bildirib. Müqavilə ilə "Barselona"ya məxsus forvard eyni zamanda Braziliya və Argentinanın adını çəkib.
 
Dç-2022 21 noyabr - 18 dekabrda keçiriləcək. Son dünya çempionu Fransa D qrupunda Danimarka və Tunislə birlikdə yer alıb. Dördüncü komanda isə Peru, Avstraliya və ya BƏƏ olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest