23 Aprel 2022, 17:28
DİGƏR
Antalyada oğlanlar və qızlar arasında qılıncoynatma üzrə beynəlxalq turnir keçirilib. Matc.az xəbər verir ki, turnirdə Azərbaycan idmançıları da mübarizə aparıblar.
Azərbaycan təmsilçilərindən ikisi turnirin qalibi olub. Mirnuray Abbasova (U-12) və Nəzrin Mehdiyeva (U-14) şpaqa üzrə birinci yeri tutaraq yarışın qızıl medalını qazanıblar.