"Barselona" müdafiəçisi Ronald Arauxo ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı müdafiəçi ilə müqavilə 2026-cı ilə qədərdir. Onun təzminat məbləği isə 1 milyard avrodur.
 
Arauxo 2018-ci ildə "Barselona"ya keçib. Bu mövsüm o, 30 oyun keçirib və 4 qol vurub.
 
Daha əvvəl üç İngiltərə klubunun Arauxonu transfer etmək istədiyi bildirilirdi. Söhbət "Arsenal", "Mançester Yunayted" və "çelsi"dən gedir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest