"Yuventus" klubu yayda azad agent olacaq PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariyaya 1+1 şərti ilə müqavilə təklif edib. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu özü isə Turin klubu ilə 3 illik müqavilə imzalamaq istəyir.
 
Daha əvvəl PSJ-nin Di Mariya ilə müqavilənin uzadılmasında maraqlı olmadığı bildirilib.
 
34 yaşlı futbolçu Liqa 1-in cari mövsümündə PSJ-nin heyətində 22 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.
 
Di Mariya əvvəllər "Mançester Yunayted", "Real" və "Benfika" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest