Fransada prezidentliyə seçkilərin ikinci turunda maraqlı hadisə yaşanıb. Matc.az xəbər verir ki, seçicilərdən 10-u Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappeyə verib.
 
Bu barədə "Estrepublicain" nəşri məlumat yayıb. Hadisə təxminən 400 nəfərin yaşadığı kiçik Talne kommunasında baş verib. Forvardın adının yazıldığı bülletenlərin keyfiyyətli olması aksiyanın əvvəlcədən planlaşdırıldığını göstərir.
 
Mbappenin adı namizədlər siyahısında olmadığı üçün seçilərin səsi hesablama zamanı nəzərə alınmayıb.
 
Xatırladaq ki, Fransada prezidentliyə seçkilərin birinci turunda da seçicilərdən biri Fransa millisinin və "Real"ın futbolçusu Kərim Benzemaya səs vermişdi. Həmin hadisə isə Rube kommunasında qeydə alınmışdı.
 
Sonda onu da bildirək ki, Fransada Emmanuel Makron ardıcıl ikinci dəfə ölkə prezidenti seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest