Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən zədələnib

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən zədələnib. Matc.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "Qoritsa"ya 1:0 hesabı ilə qalib gəldikləri 32-ci tur oyununda çiynindən xəsarət alıb.
 
Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac var. Azərbaycanlı hücumçu artıq müalicəyə başlayıb.
 
Onun mayın 1-də baş tutacaq "Lokomotiva" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.
 
Emreli "Dinamo"nun heyətində indiyədək 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest